» » Haqq yoluna dəvət – namaza tələs!


Top İstifadəçilər


Fatimə Nuri Xuda 23 Ocak 2014
Xəbərləri: 3173
Şərhləri: 33
Admin 31 Ekim 2013
Xəbərləri: 2851
Şərhləri: 1509
Huseynci Medine 2 Mart 2014
Xəbərləri: 2055
Şərhləri: 2384
Yusifi Zehra 26 Aralık 2013
Xəbərləri: 1922
Şərhləri: 1689
Elya 20 Haziran 2014
Xəbərləri: 1380
Şərhləri: 2771
RuQeYyA 27 Ocak 2014
Xəbərləri: 783
Şərhləri: 3846
Aşiqi Rüqəyya 2 Mayıs 2015
Xəbərləri: 490
Şərhləri: 495
Ewqi_Kerbela 9 Mart 2014
Xəbərləri: 458
Şərhləri: 734
Sirli_melek 19 Aralık 2013
Xəbərləri: 367
Şərhləri: 3921

Online Sual-Cavab

Sirli_melek
Sirli_melek
9 Nisan 2024

Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/nehliw342/domains/ehliwie-samux.com/public_html/engine/modules/sitelogin.php on line 159
Salam ramazan bayrami sabahdi??sabah oruc tutacayiq yoxsa yox? Cox sagolun Allah razi olsun
Admin
Admin
12 Mart 2024

Rabi,Salam aleykum,
Nece ki?
Rabi
Rabi
11 Mart 2024

Salam niye namaz vaxtını yukleyende görünen yüklenmir?
nanchy
nanchy
10 Mart 2024

:D
Furkan
Furkan
27 Ocak 2024

Salam kor uşağın əhvalatı flmini necə izləyə bilərəm
Hz Hüseyn
Hz Hüseyn
13 Kasım 2023

Salam Eleykum
sky
sky
2 Eylül 2023

salam imamin qirxi ayin 28 den hesablayanda 5 ine duwur axi.
Musa
Musa
2 Eylül 2023

Essalamu Eleykum Ve Rehmetullahi ve Bereketuh
Admin
Admin
8 Mart 2023

Muxtar.Seqefi,Onurga sutununda olan ilik yemek haramdi,amma digerleri icazelidu
Admin
Admin
8 Mart 2023

Salam aleykum,Allah her birinizden razi olsun,bayraminiz mubarek olsun inşəallah
Muxtar.Seqefi
Muxtar.Seqefi
7 Mart 2023

Salamımaleykum etin sümüyde olan iliyini yemek ne derecede düzdür
Alemdar
Alemdar
25 Şubat 2023

Allahin salam olsun şiə ehlinə.başda admin qardaş olmaqla butun sayit uzvulərin mövludlar munasibeti ilə tebrik edirem

Sadece kayıtlı kullanıcılar mesaj yazabilir.

Youtube kanalımıza Abunə ol

İnstagramda Biz

Təqvim


Statistika

+0  
Xəbərlər: 18484
+0  
Şərhlər: 48540
+0  
İstifadəçilər: 6693

Bunlardan:
Admin: 3
Redaktor: 4
Sayt nəzarətçisi: 7
VİP: 1
Şərh nəzarətçisi: 0
İstifadəçi: 6677

Qeydiyyatdan keçiblər:
Bu gün: 0
Dünən: 0
Həftə ərzində: 0
Ay ərzində: 2

Saytın Arxivi

Nisan 2024 (1)
Ocak 2024 (1)
Aralık 2023 (6)
Mart 2023 (1)
Ekim 2022 (2)
Ağustos 2022 (2)

Yeni İstifadəçilər

Sorğu

Namaz qılırsız?

Təqvim

«    Nisan 2024    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Həzrət Rəsuli-Əkrəmdən (s) nadir və bənzərsiz hikmətli kəlamlar:"Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir." "İmkan olduğu halda borcu qaytarmamaq zülmdür." "İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.)" "Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür." "Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir."
Haqq yoluna dəvət – namaza tələs!
+145
Müəllif: Qonaq | 16-03-2014, 09:00 | Baxılıb: 69 374


 

 

İnsan dünyaya nə üçün gəlib?
 
 "Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zariyat 56) 
 
Yeyib, içib, əylənib günlərini boşa sərf etməyə?
 
 Əsla yox. İnsan dünyaya bir imtahan üçün gəlib. Etdiyi əməllərə görə geri dönmək üçün gəlib. Dünya fanidir, axirət isə əbədi. Fani
 
 dünyanın müvəqqəti, yalan işlərinə aldanmayın. Bu dünyadan fərqli olaraq axirətdəki imtahandan üzüağ çıxmağa güzəşt yoxdur.
 
 Axirətin əzabının bu dünyada bir damlası belə yoxdur. Nə pulun, nə dostların, nə də ki, övladların səni əzabdan qurtara
 
bilməyəcəkdir. Yalnız əməllərin, o cümlədən namaz səni haqqa qovuşdurar.

 "And olsun ki, əgər siz namazı qılar, zəkat verər və Peyğəmbərlərimə iman gətirib, mallarınızı Allah yolunda gözəl bir şəkildə xərcləsəniz, o

təqdirdə günahlarınızın üstünü

örtər və mütləq sizi altından çaylar axan cənnətlərə daxil edərəm" (Maidə 5/ 12)

 

Hələ hazır deyiləm, hələ görüləcək işlərim var, vaxtım
 
 yoxdur deməyin. Ölüm qəfildən gəlir. Axirətdə peşmançılığın heç bir faydası yoxdur. Neçə ki, həyatdasınız, neçə ki əməl dəftəriniz
 
bağlanmayıb, heç nə düşünmədən, fikirləşmədən
 
  HAQQ YOLUNA DƏVƏT – NAMAZA TƏLƏS! 
 

 

BU XOŞBƏXTLİK SİZƏ DƏ QİSMƏT!
 

P.S. "Haqq yoluna dəvət - namaza tələs" dəvətini qəbul edənlərə ehliwie-samux.com sayti mənəvi cəhətdən dəstək olur. 

 
 
Bölmə: Digər
Şərhlər: 43
Ctrl+Enter Mətndə qramatik səhv var? Onu siçan ilə seçin və "Ctrl+Enter" düyməsini sıxın (Savab qazanmağa çalışın)

| Şikayət et | | | |
Müəllif: qelbi11 | Status: İstifadəçi Offline | 11 Aralık 2016 13:36 | İstifadəçi | Şərh yazdı
Salamun aleykum Allah dua ve namazlarinizi qebul elesin
men Allaha wukurler olsunki namazda qiliram Quranda oxuyuram Hicabliyamda ama bir mesele meni uzur cox oxumag istiyirem oxuyiram unuduramda tez yadimda qalmir bide istirem daha cox istekli olum qeza namazlarim var 9 yawimdan qilmamiwam ama indi vacibleri qiliram istirem qezayada bawliyim ama hele bawliya bilmemiwem :,(
Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: elsen | Status: | 25 Temmuz 2016 12:36 | Qonaq | Şərh yazdı
gunah nece  yasdan yazilir
Не нравится +2 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Yusifi Zehra | Status: İstifadəçi Offline | 19 Nisan 2016 23:43 | Administrator | Şərh yazdı
Allahın salam və salavatı dünya müsəlmanlarının üzərinə olsun İnşƏllah. Son zamanlar gənclər arasında İslam qayda-qanunlarının tanınması, onlara əməl edilməsi və onlara tabeçilik, xüsusən də vacib rüknlərdən hesab edilən namaz barədə müxtəlif fikirlər yaranıb. Bəziləri bu yolun vacibatını başa düşdüyü halda digər bəziləri "Allah özü istəyəndə namaz qılacam, qılmıramsa demək hələ Allahın hidayəti yoxdur”; "Əsas ürəyin təmiz olsun, namaz qılmasan da olar”; "Hələ cavanam, Peyğəmbərin özunə də 40 yaşında verilib Peyğəmbərlik, o yaşa çatım, namaz qılaram”; "Əhd eləmişəm, filan işim düzəlsə, namaz qılacağam”; "Vaxtım yoxdur”; "O qədər namaz qılan insanlar var ki, yüz hoqqadan çıxır, ondansa namaz qılmaram, amma əməllərim yaxşı olar”; "Allaha naxoş getməsin, amma namaz mənlik deyil, hiss edirəm ki, bacarmaram, ya da ki, qılıb yarıda saxlayaram birdən”; "Allah hər şeydən xəbərdardır və olacaq hər bir şeyi bilir, elə deyilmi? Demək ki, mənim hələ namaza gəlməyimi vacib bilmir, lazım olanda gələcəm” və s. kimi yanlış fikirlər deyirlər. Bununla da bəziləri bilərəkdən, bəziləri isə İslamı tam dərk etmədiyindən bəhanələr yaradırlar. Ən acınacaqlı hal da budur ki, yuxarıda qeyd olunan bəhanələrə cavab tapa bilməyən insanlar da olur ki, bu tipli cavablar eşidəndə özündə arxayınılıq yaratmış olur. Beləliklə də, bu fikri deyən insanlar nəinki özləri yanlış iş görür, eləcə də İslamı digər anlayışı az olanlar arasında da olmadığı kimi tanıdır, İslamı gözdən salır. Bu haqda Quran ayəsi:
Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbr edənlərlədir (onların dostudur). (Əl-Bəqərə, 153);
İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər! (Əl-Bəqərə, 277);
Qeyd olunan ayədə namazın insana necə də xeyirli olduğu göstərilib. 
Təəssüf ki, hətta bu ayələri qəbul etməyib "Namazın xeyri var, axirətdə mükafatı var, mən danmıram ki, bunu, amma axı vacibliyi nə dərəcədədir ki?” deməkləri az deyil, hələ namazı "ürək təmizliyi” ilə əvəz edən insanlara cavab olaraq sırf namazın vacibliyini göstərən və bəhanələrə cavab olaraq Quran ayələridə var.
Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur. (Əl-İsra, 78)
Özünü müsəlman hesab edən heç bir kəs Qurana inanmadığını və ya Quranın bəzi ayələrini təsdiq edib digərlərini düz hesab etmədiyini deyə bilməz, bu yekdilliklə qəbul edilən bir fikirdir. Elə isə müsəlman üçün doğru yol göstərən və sırf Allah kəlamı olan Qurana niyə əməl edilməsin ki?!
Ümumiyyətlə, İslam bizə əsasən 2 yolla gəlib çatır: Qurani-Kərim və Peyğəmbər (s.ə.ə.s.) və o Həzrətin pak Əhli-Beytindən (ə.) (Əhli-Beyt - yəni Peyğəmbərin (s.ə.ə.s.) ailəsi: Özü, qızı Fatimeyi-Zəhra xanım (s.ə.) və əmisi oğlu (eləcə də qızı Fatimeyi-Zəhranın (s.ə.) həyat yoldaşı) İmam Əmir-əl-Möminin Əli (ə.) və Peyğəmbərin (s.ə.ə.s.) adı çəkilən qızından davam edən 11 İmam nəzərdə tutulur), eləcə də o Həzrətin yolunu davam etdirən bəzi seçilmiş səhabələrdən gələn hədislər vasitəsilə. Qurandan bəzi ayələr qeyd edilib, amma bunlar namaz barədə gələn bütün ayələr deyildir, Allahın izni ilə sadəcə bir neçəsi ilə kifayətlənib namaz barəsində bir neçə hədis:
Peyğəmbər (s.ə.ə.s.) buyurur: "Bir mələk hər namaz vaxtı nida edib deyər: ”Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu) namaz vaistəsi ilə söndürün.””
İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən qaldırmazdı.”
İmam Baqir (ə.) buyurur: "Qiyamətin günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllərə də baxılacaqdır, əks halda sair əməllər ona fayda verməyəcəkdir.”
İmam Sadiq (ə.) buyurur: "Həqiqətən bizim şəfaətimiz namazı yüngül sayanlara çatmaz.”
Təbii ki, namazın vacibatı ilə bağlı olan hədislərin sayı da az deyildir. Yenə də az bir qism hədis qeyd etməklə (Yaxşı bir misal vardır ki, "Arifə bir işarə də kifayətdir”, hədis sayı az olsa da, ibrət götürmək istəyən fərd üçün kifayət qədər tutarlı dəlillərdi) 
İlk olaraq "Allah özü istəyəndə namaz qılacam, qılmıramsa demək hələ Allahın hidayəti yoxdur”; "Allah hər şeydən xəbərdardır və olacaq hər bir şeyi bilir, elə deyilmi? Demək ki, mənim hələ namaza gəlməyimi vacib bilmir, lazım olanda gələcəm” Ümumiyyətlə, Adəm övladı anlamalıdır ki, Allah-Təala insanı yaradanda ona ağıl, şüur və düşünmə qabiliyyəti verib. Allah istəyən həyat yaşam tərzində həqiqət ondan ibarətdir ki, hər şeyi Allah öz üzərinə götürmür, insana da seçim verir ki, öz yolunu seçsin. Çünki, əgər hər şeyin sırf Allahdan asılı olduğunu düşünsək, onda Quranda göstərilən və insanlara bu dünyada edəcəyi əməllərə görə təklif edilən Cənnət və Cəhənnəmi yaratmaqda Allahın işini mənasız adlandırmış oluruq. Əgər hər şey Allahın əli ilə olsaydı, onda belə çıxardı ki, Allah-Təala özü bilə-bilə bəndəsinə əziyyət verir, onu cəhənnəmə yollamaq istəyir. Aydın məsələdir ki, bu belə deyil və bu fikri irəli sürmək Allah-Təalaya açıq-aşkar böhatndan başqa bir iş deyil.
Budur Allahın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə (bəşər əhlinə) zülm etmək istəməz. (Ali-İmran, 108)
Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər! (Ən-Nisa, 40)
İnsan özü-özünə zülm edir və bu da Qurani-Kərimdə vurğulanmışdır: 
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus, 44)
Lakin hər bir yaradıcı öz yaratdığı istənilən bir əsəri sevdiyi kimi, Allah-Təala da öz bəndəsini (İnsan Allah-Təalanın yaratdığı şah əsəridir) beləcə sevir və onu Cənnətdə görmək istəyir. Öz Rəhim və Rəhman olduğunu da açıq-aşkar bəyan edir, hətta zülmkarlıq (özünə zülm etdikdən sonra) olsa belə:
Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Ən-Nisa 110)
İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz! (Ali-İmran, 57)
Təəssüf ki, Allahın insana etdiyi rəhmətdən, verdiyi seçimdən düzgün yararlana bilməyən bəndə səhv yolu seçir, sonra da hər şeyi Allah hidayətinin üstünə atır ki, "Hələ Allah istəmir, hidayət eləyəndə namaz qılacam.” Allahın hidayəti insan üzərinə artıq o vaxt yetişmişdir ki, O bizə anlamaq, başa düşmək kimi nemət vermiş, sonra Quranı bizlərə göndərmiş və Haqq yolunda olmağın qaydalarını izah etmişdi. Bundan daha sonra hansı hidayətdən danışmaq olar əgər insan özü naqislik edirsə?!
Necə də qəribə və gülünc ideyadır: "Əsas ürəyin təmiz olsun, namaz qılmasan da olar”. Əgər ürəyin təmiz olmasıyla işlər düzəlsəydi, Allah Qurani-Kərimdə namazı deyil, məhz ürək təmizliyini vacib buyurardı. Yuxarıda qeyd olunan ayələrdən də başa düşmək olar ki, namaz müstəhəb (müstəhəb – yəni edilməsi vacib olmayan, amma bəyənilən bir iş) deyil, vacib hesab edilmişdir və bu bir Allah hökmüdür. Əlavə olaraq, hamımız yekdilliklə qəbul edirik ki, Peyğəmbər (s.ə.ə.s.) ən ideal bir şəxs olub. Onun ürəyindən təmiz ürək ola bilməz. Onun kimi heç kəs pak ola bilməz. Çünki, Allah hökmlərini də öz ümmətinə, müsəlmanlara çatdıran o Həzrət olmuşdur. Bütün bu hallarla Peyğəmbər (s.ə.ə.s.) namazı vacib hesab etdikdən sonra kimsə ondan biliklimi çıxıb ki, ürək təmizliyi ilə özünə bəraət qazandırsın?! Hansı tarixi faktlar vardır ki, Peyğəmbər (s.ə.ə.s.) ürək təmizliyini kifayət hesab etsin? İslam gələndən bəri belə bir hal olmamışdır və olması da mümkün deyildir. İslamda Qurana zidd olan bir hal ola bilməz! 
Daha bir qəribə ideya: "Hələ cavanam, Peyğəmbərin özunə də 40 yaşında verilib Peyğəmbərlik, o yaşa çatım, namaz qılaram”. Birincisi, o Peyğəmbər (s.ə.ə.s.) olmuşdur ki, ona peyğəmbərliyin verilməsi 40 yaşında olmuşdur, bunu bəhanə edən insan isə peyğəmbər deyildir. İkincisi, bu Allahın hikmətidir ki, peyğəmbərliyi nə vaxt vermişdir Peyğəmbərə (s.ə.ə.s.), bəhanə gətirən insan isə o Peyğəmbərin (s.ə.ə.s.) davamçısıdır, odur ki, vacib olana da əməl etmək gərəkdir, nəinki yaş bəhanəsi gətirmək. Ya bəlkə, Allahdan nə isə xüsusi dəvət gələcəyini güman edir?!  heç kəs nə qədər yaşayacağına zəmanət verə bilməz...
İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur ki: "(Tövbə) və yaxşı əməlləri təxirə salanlar çox olub ki, qəflətən əcəl onları haqlayıb.” 
Unutmaq olmaz ki, Qiyamətin sorğu-sualında ön yerləri tutan məsələlərdən biri də insana verilən vaxtın (xüsusən də gənclik dövrlərindən söhbət gedir) hansı yöndə istifadə edilməsi ilə bağlı olacaqdır ki, bu da hədislərdə sübuta yetirilmişdir. Vaxtınızın qiymətli olduğunu dərk edin.
"Əhd eləmişəm, filan işim düzəlsə, namaz qılacağam” deyən insanlar anlmalıdırlar ki, bəndənin Allah-Təala ilə münasibətlərində biri neməti bəxş edən, digəri isə bu nemətdən yararlanıb şükr edəndir (təbii ki, əgər edirsə!). Sonsuz və bitməyən nemətləri ilə insanları rəhmət yoluna dəvət edən Allahdırsa, hansı səbəbə nuşcanlıqla bu nemətləri (Nemət dedikdə təkcə yeyib-içdiklərimiz deyil, həm də sahibi olduğumuz bədən üzvlərimiz də başa düşülür. Görmək, eşitmək, duymaq, və s. kimi nemətlərdən kim imtina edər ki?!) qəbul edən bəndə əslində Allahın heç bir ehtiyacı olmadığı və insanın yalnız öz xeyri üçün etməsini Allahın vacib buyurduğu şükrü (şükr dildə deyil, həm də ibadətdə və əməldədir – yəni, namaz, oruc, və s.) yerinə yetirmir? Hansı səbəbə bəndə bu nemətdən istifadə etməyi bacarır, amma lazımınca şükr etmək gərəyində Allaha qarşı şərt qoyur?! Necə yəni "filan işim düzəlsin”?! Məgər indiyədək sənin bütün işlərini müvəffəq edən Allah olmayıbmı? Allah-Təala buyurur: 
Öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır! (Əl-Ənam, 18)
Ayə açıq-aşkar göstərir ki, Allah öz qullarının hər bir işindən xəbərdardır və demək ki, işimizi müvəffəq edən də Allahdır! İndi bütün bu hallarla düşünək: əgər neməti bəxş edən Allahdırsa və bizlər də neməti qəbul edib şükr etmək (hətta bu şükr də özümüz üçün, Allahın buna ehtiyacı yoxdur!) əvəzinə Allaha buna görə şərt qoyuruqsa, bu hansı məntiqə sığır?!
"Vaxtım yoxdur” deyən insanların bəhanəsinə isə acı gülüşdən başqa bir şey vermək olmur. Vaxt azlığından bəhanə edənlər anlamalılar ki, bu həqiqətən də bəhanədir. Gündəlik 3-5 vaxt namaz toplam 30 dəqiqə etmir. İndi necə olur ki, saatlarla kinoya, seriala, futbola baxıb, kitab oxuyuruq, əylənirik, gəzirik, amma 30 dəqiqə Allaha vaxt ayıra bilmirik?! Halbuki, bu 24 saatı da, bu 24 saatdan istifadə edib gündəlik həyatımızı səhmana salmağı da bizə bəxş edən Allahdır. İnsanın naqisliyi o dərəcəyə çatır ki, hədiyyə olan 24 saatdan belə 30 dəq hədiyyə sahibinə ayırmır, halbuki bu hədiyyə Sahibinin razılığına səbəb olur, bu isə bəndənin həm dünyasına və həm də axirətinə daha çox hədiyyə gətirir. Bir hədisi vurğulamaq yerinə düşər:
İmam Əmir-əl-Möminin Əli (ə.) buyurur: "Əsla ibadətdən qalmayın, fürsət çox azdır...”
"O qədər namaz qılan insanlar var ki, əməlləri-yeri-yerində deyil, ondansa namaz qılmaram, amma əməllərim yaxşı olar” deyən insan ilk növbədə namaz əhlini təhqir etmiş olur. Düzdür, bu fikirdən dərhal sonra "hamıya aid etmirəm” deyə fikrin davamı da gətirilir, amma... Amma insan başa düşmür ki, bir insanı tanımadan, onun əxlaqına bələd olmadan ilk görünüşdə ona qəribə gələn hər hansı bir məsələyə görə insanı özü-özlüyündə mühakimə etmək bir yana, hələ bir müzakirəyə də çıxarmaq müsəlmana yaraşmaz! Məsələn, "filankəs namaz əhlidir, amma bir cəmiyyət içərisinə çıxmaq tərzinə bax! Bu nə saçdır, qız kimi saçlarını ortadan ayırıb, belə də modabazlıq olar?!” deyən insanlara az rast gəlməmişik. Hələ azmış kimi, o insanlara xoşagəlinməz ləqəb və gözaltı da edirlər. Belə deyən insanın demək ki, İslamdan anlayışı azdır, amma başqasını "pis” bilir. İslam Peyğəmbəri (s.ə.ə.s.) Özü saçlarını ortadan ayıırardı və bunu baş dərisinin hava ilə qidalanması üçün vacib hesab edərdi. Budurmu "hoqqabazlıq”?! Əlbəttə ki, danılmaz haldır ki, İslam adından istifadə edib İslama yaraşmayan hərəkətlər edən insanlar da mövcuddur və cəmiyyətdə İslamı bəzən bilərəkdən, bəzən də bilməyərəkdən olmadığı kimi göstərirlər. Amma yenə də bu da bəhanəyə yer qoymur. Çünki, əgər o İslamda olaraq pis əməl sahibidirsə, sən yaxşı əməl sahibi ol. Axı nə üçün namaz vacibatının vurğulandığı zaman İslamda olan bəzi nadanların pis əməlləri misal çəkilir? Amma heç yaxşı əməl dilə gətirilmir! Nə üçün bəziləri doğru əməl sahiblərinə xoşgəlinməz ləqəblər qoyulur amma misalını çəkən adam "filankəs namaz əhlidir, qazancı da halal. İşlədi, halal qazancla da Allahın vacib buyurduğu Həccə də getdi. Allah mənə də qismət etsin inşallah!” – deyə düşünmür? Bir azda həyata yaxşı tərəfdən gözəl qəlblə, gözəl baxışla baxaq.... Necə deyərlər, "O pisdirsə, sən yaxş ol!” Yaxşı bir misal var ki: "Filankəs özünü dağdan atacaq, sən də atacaqsan?!” Namazı təkəbbürünə sığışdırmayan o qədər insanlar var ki... O insanların gülüşündən, "filankəs molla olub, namaz qılır” deməyindən narahat olub (onu deyən insan heç özü bəlkə də bilmir ki, molla nə deməkdir, elə ordan-burdan eşitdiyindən deyir, özünü ağıllı bilir) namaz qılmayan insanlar da var ki, Allah-Təala Qurani-Kərimdə o lağ edənlər haqqında belə buyurur: 
Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Ğafir, 60)
Və bir də ki, necə olur ki, o insanın kinayəsindən utanırsan, amma o insanı da, səni də yaradan Allahın dediklərinin üstündən xətt çəkirsən?! Bu hansı düşüncə tərzinə aiddir ki?! 
"Allaha naxoş getməsin, amma namaz mənlik deyil, hiss edirəm ki, bacarmaram, ya da ki, qılıb yarıda saxlayaram birdən”. Bu, çox puç bir ideyadır. Bu fikrin kökündə Allah-Təalaya açıq-aşkar şər atılır. Çünki, Allah-Təala Qurani-Kərimdə buyurur: 
İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar! (Əl-Əraf, 42)
Ayədə bəlli surətdə insana yalnız bacaracağı tapşırıldığı göstərilmişdir. Odur ki, bu bəhanənin cavabı təkcə bu ayə ilə tam cavablandırıla bilər.  O ki, qaldı namazı qılıb yarıda saxlamaq qorxusuna, bu da təbii haldır ki, şeytan insanın qəlbinə qorxu salıb insanı Allah zikrindən uzaqlaşdırmaq istəyir. Allah-Təala Qurani-Kərimdə belə buyurur: 
Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”. Onları hökmən (doğru yoldan) sapdıracaq, (puç) xülyalara salacaq, heyvanlarının qulaqlarını kəsməyi və Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm! Allahı atıb Şeytanı özünə dost tutun şəxs, əlbəttə, açıq-aşkar ziyana uğramışdır. (Şeytan) onlara (müşriklərə) vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. Onların (Şeytana uyanların) yeri Cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar. (Ən-Nisa, 118,119,120,121)
Namaza edilən bəhanələr təəssüf ki, bunlarla bitmir. Allaha ibadətdən yayınmağa cəhd edən insan çox qəribədir ki, axirətini düşünmür də heç. Amma unutmayın ki, son dönüş də məhz Onadır. Məhz Odur əməllərimizə görə bizi əbədi nura və ya zülmətə salacaq Allah.... Qəzəbi böyük və dəhşətli olan Allahın rəhməti qəzəbindən daha genişdir:
Hamınızın (axır) dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. (Hamınız Onun hüzuruna qayıdacaqsınız). O, insanları (məxluqu) yoxdan yaradır, sonra iman gətirib yaxşı işlər görənləri ədalətlə mükafatlandırmaq üçün (qiyamət günü) yenidən dirildir. Kafirləri etdikləri küfrlərə görə qaynar su (cəhənnəm içkisi həmim) və şiddətli bir əzab gözləyir! (Yunus, 4)
 
Namaza gəl, Namazsız keçən günündən bir gündə azalır. Ölüm yaxınlaşır. Özün düşün, özünlə aparaqcaq nəyin var? İbadətin varmı?... Ya Allah qarşısında səcdən? Bir məsəl var, Namazsız həyat yaşaNamaz. Yaşanar amma bu həyatı yola verərək, elə-belə.. Bu dünyada nə etmisənsə o dünyada da qarşına o çıxacaq. Çalış əlindən tutacaq olan namazın olsun. Düzdür ki, ailəyə, uşağa baxmaq, yemək bişirmək də özü bir ibadətdir. Amma Allaha edilən səcdənin yerini heç nə tutmur. Orucdu, Namazdı, hətta hicab örtməkdi və s, ibadətlər bunlar hamısı bir İlahi eşqə aparır. Ayr-ayrı ibadətlərdi amma bir olan tək olan Allahın yoluna yönləndirir. Allah-Təala bizləri Özü istəyən kimi ona ibadət edib Onu həqiqi simada tanıyan bəndələrindən qərar versin inşəAllah!  

--------------------
Не нравится +4 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: HZ.ELI ASIQI | Status: İstifadəçi Offline | 26 Mart 2016 17:10 | İstifadəçi | Şərh yazdı
Essalamu eleykum muselman baci ve qardaslarim Sukr ki mende Namaz qiliram ve Insallah Allah butun namazlari qebul eder.Namaz biz insanlari cirkin ve pis emellerden saxlayir,Namaz haqqin yoludur ve biz muselmanlarin vezifesidir ki,her gun 5 vaxt namaz qilaq draznilka

--------------------
Не нравится +7 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: xemmed | Status: | 27 Temmuz 2015 22:52 | Qonaq | Şərh yazdı
beyenilsin
Не нравится -1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: turane | Status: | 18 Mayıs 2015 23:18 | Qonaq | Şərh yazdı
Sitat: RuQeYyA
sagol bacim ALLAH senden razi olsun ozum namaz qiliram amma valideyinlerimden qardasimdam yoldasimdan otru cox narahataM ALLAH ONLARIN QELBINE IMAN VERSIN AMINNNNNNNNNNNNNN

salam bacim allah namazini qebul etsin.bilmediklerimi oyrenmek isteyirem,mene komek edersen.sag ol

Не нравится +2 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: XANIM.SABR INSALLAH | Status: | 23 Mart 2015 00:53 | Qonaq | Şərh yazdı
podzatylnik
ALLAH CUMLEMISE KOMEK OLSUN.MEN NAMAS QILMAQ ISDEYIREM...XAIS EDIREM MENE KOMEKLIK EDESIS.ALLAH BUTUN HAMIYA KOMEK OLSUN.
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: yahuseyn | Status: İstifadəçi Offline | 15 Ocak 2015 19:34 | İstifadəçi | Şərh yazdı
Amin Ya Rebbel Alemin butun isdeyenlerin podzatylnik hamisina qismet ,Allah sizlerden razi olsun cox gozel fikir edib bu sayti acmisiniz bilmediylerimizi sayenizde oyrenirig in se Allah,Allah bizleri heqiqi namaz qilanlardan qerar versin,emellerimiz duzgun etdiklerimiz isler  xeyirli olsun,Allah bizleri oz basimiza buraxmasin oz nezerini usdumuzden esgiy elemesin in se Allah Amin. draznilka tost

--------------------
Не нравится +3 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: ZEHRA ASHİQİ | Status: İstifadəçi Offline | 22 Aralık 2014 10:11 | İstifadəçi | Şərh yazdı
Allah namazlarınızı qebul etsin

--------------------
Не нравится +6 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Sami Meryem | Status: İstifadəçi Offline | 3 Kasım 2014 21:00 | İstifadəçi | Şərh yazdı
Allah hamiya namaz qilmaq nesb etsin. AMIN

--------------------
Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Mehrac | Status: İstifadəçi Offline | 8 Ekim 2014 12:41 | İstifadəçi | Şərh yazdı
Allatala bizlere  imanla kocmeyi nesib etsin AMIN  throw throw draznilka
Не нравится +4 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zergule | Status: İstifadəçi Offline | 28 Ağustos 2014 17:12 | İstifadəçi | Şərh yazdı
podzatylnik Gözəl xəbər hazırlamısınız Nura xanım. Allah hər kəsə imana gəlməyi nəsib etsin. Amin.

--------------------
Не нравится +2 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gunahkar bende88 | Status: İstifadəçi Offline | 25 Ağustos 2014 23:22 | İstifadəçi | Şərh yazdı
Namazlarimiz ehlibeyte xatir qebul olsun inwaallah
Не нравится +5 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Çinarə Şirinli | Status: İstifadəçi Offline | 12 Temmuz 2014 20:48 | İstifadəçi | Şərh yazdı
Allah bütün müsəlmanlara namaz qılmağı nəsib etsin.Amin inşAllah

--------------------
Не нравится +3 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: DİNİM İSLAM | Status: İstifadəçi Offline | 12 Temmuz 2014 03:09 | İstifadəçi | Şərh yazdı
Qarşısında diz çöküləcək tək sevgili, yeri və göyü yaradan ALLAH `dır. 
 
 
Allah razi olsun sizlerden cox şadamki 11 yasimdan namaz qiliram.Allah bu xosbextliyi butun muselmanlara nesib etsin insəllah.
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gulu ehli-beyt | Status: İstifadəçi Offline | 16 Haziran 2014 15:45 | İstifadəçi | Şərh yazdı
demeyin slm -diyin essalamun aleykum
demeyin babatam -diyin Elhemdulillah 
demeyin twk-diyin Allah razi olsun


--------------------
Не нравится +4 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Gulu ehli-beyt | Status: İstifadəçi Offline | 16 Haziran 2014 15:41 | İstifadəçi | Şərh yazdı
Sitat: miryaqub
Allah razi olsun Allah namaz qilmayanlarada namaz qilmagi qismet etsin AMin


--------------------
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Zəhra Huseynçi | Status: İstifadəçi Offline | 20 Mayıs 2014 12:50 | İstifadəçi | Şərh yazdı
ALLAH ETDIYMIZ IBADETLERI QEBUL ETSI ALLAH NAMAZ QILANLARI PIS IWLERDEN UZAQ EDER NAMAZ DININ SUTUNUDUR ALLAH HER MOMIN VE MOMINELERIN NAMAZLARNI DUALARNI QEBUL ETSIN INWALLAH

--------------------
Не нравится +3 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: seferova ayse55 | Status: İstifadəçi Offline | 10 Mayıs 2014 18:59 | İstifadəçi | Şərh yazdı
  1. tost cox twk 
Не нравится -3 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Refiqe Zehra asiqi | Status: İstifadəçi Offline | 1 Mayıs 2014 20:17 | İstifadəçi | Şərh yazdı
Salamun eleykum Allah butun nanaz qilannarin namazin qebul etsin qilmiyannarada namaz qilmaqi nesib etsin Amin Insallah
Не нравится +2 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nur Gul | Status: İstifadəçi Offline | 24 Nisan 2014 15:46 | İstifadəçi | Şərh yazdı

Allah razi olsun ... Heqiqeten cox boyuk desteksiniz ... Allah imaninizi kamil etsin İnwallah..


--------------------
Не нравится -1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: sahmar eliyev | Status: İstifadəçi Offline | 19 Nisan 2014 11:41 | İstifadəçi | Şərh yazdı
Salam bu sayit gozeldi halal olsun . adimin kimdi mene yassin xayis 
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 20 Mart 2014 07:00 | Sayt nəzarətçisi | Şərh yazdı
BACI NE OLUB NIYE GEDIRSEN INCIKLI DANISIRSAN HAQQIM VARSAHALAL OLSUN SENDE HALAL ET

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Nurane | Status: İstifadəçi Offline | 19 Mart 2014 23:21 | İstifadəçi | Şərh yazdı
Allahıma Hemd olsunki Allahım mene namazı qismet edib.Namaz möminin meracıdı.Namaz insanları pislikerden,günahda,en esasda şeytandan uzaq edir.Allahım qılmayanlarada tezlikle namaz nesib etsin.Amin

--------------------
Не нравится -1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Rehime | Status: İstifadəçi Offline | 19 Mart 2014 13:53 | İstifadəçi | Şərh yazdı
Baci Allah razi olsun Amin Rehimli Allahim Namaz qilanlarin Namazini qebul etsin Qilmayanlara Qismen etsin Allahim Amin Amin Amin.

--------------------
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: gulsum | Status: İstifadəçi Offline | 17 Mart 2014 00:11 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun bacim,Yazan ellere yazdiran ureye quvvet,Allah sene her daim komek olsun give_heart2

--------------------
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: RuQeYyA | Status: İstifadəçi Offline | 16 Mart 2014 23:09 | Sayt nəzarətçisi | Şərh yazdı
sagol bacim ALLAH senden razi olsun ozum namaz qiliram amma valideyinlerimden qardasimdam yoldasimdan otru cox narahataM ALLAH ONLARIN QELBINE IMAN VERSIN AMINNNNNNNNNNNNNN

--------------------
Не нравится -1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Aysel ya sebir | Status: İstifadəçi Offline | 15 Mart 2014 00:07 | İstifadəçi | Şərh yazdı
Allah razi olsun baci Allah hamiya Namaz qilmaqi naip etsin. Allah Namaz ve Dualarimizi qabul etsn amin insallah
Не нравится 0 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: Bicare Zeyneb | Status: İstifadəçi Offline | 14 Mart 2014 18:23 | İstifadəçi | Şərh yazdı
ALLAH SENDEN RAZI OLSUN BACIM.INSALLAH ALLAH HER KESE NAMAZI NESIB ETSIN!ELLERINE SAGLIQ! give_rose give_rose give_rose give_rose give_rose give_rose give_rose give_rose give_rose give_rose give_rose give_rose give_rose
Не нравится +1 Bəyəndim

| Şikayət et | | | |
Müəllif: nastya | Status: İstifadəçi Offline | 14 Mart 2014 15:43 | İstifadəçi | Şərh yazdı
ALLAH RAZI OLSUN BACIM

--------------------
Не нравится +1 Bəyəndim
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.